Roberto Karlos qərarını verdi
22.11.2008 - 13:50
Roberto Karlos qərarını verdi
Braziliyalı dünya çempionu Roberto Karlos “Fənərbaxça” klubundakı gələcək taleyi ilə bağlı önəmli qərar verib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi ilə müqaviləsi cari mövsümün sonunda bitəcək 35 yaşlı müdafiəçi anlaşmanı daha bir illiyə uzadacağını açıqlayıb. İspaniyanın dövlət radiosu ilə telefon bağlantısı edən Karlos son vaxtlar böhranda olan keçmiş klubu “Real”ın rəhbərliyinə mesaj göndərib: “Madrid klubunun idman direktoru Predraq Miyatoviçlə problemim yoxdur. Ancaq o olmasaydı, hələ də “Real”da oynayırdım”.
Qeyd edək ki, Roberto ötən ilin yayında “Real”dan “Fənərbaxça”ya keçib.
0