Messi dünyanın ən yaxşı idmançısı ola bilər
22.11.2008 - 14:08
Messi dünyanın ən yaxşı idmançısı ola bilər
Məşhur argentinalı futbolçu Lionel Messi bu il dünyanın ən yaxşı idmançısı olmağa namizəddir. Apasport.az saytının məlumatına görə, “Barselona” klubunun və Argentina yığmasının 21 yaşlı oyunçunun rəqibləri sprinter Useyn Bolt, konkisürən Sven Kramer, ralli ustası Sebastyan Leb, tennisçi Rafael Nadal və xizəksürən Ole-Eyner Byorndalendir. Almaniyanın nüfuzlu idman agentliyinin təsis etdiyi bu mükafat 1947-ci ildən keçirilir. 62-ci mükafatın sahibi dünya idman KİV-nin səsverməsi ilə müəyyənləşəcək və qalibin adı dekabrın 5-də açıqlanacaq. İndiyə kimi dünyanın ən yaxşı idmançısı seçilənlər arasında Tayger Vuds, Marion Cons, Lens Armstronq, Serena Uilyams, Roje Federer və Jüstin Enen olub.
Qeyd edək ki, Messi bu il Argentina yığmasının heyətində Pekin Olimpiadasının qalibi olub.
0