Quiza ilə Nihat dəyişdirilir
22.11.2008 - 14:46
Quiza ilə Nihat dəyişdirilir
Fənərbaxça” ilə “Vilyarreal” klubları hücumçularını dəyişdirir. Apasport.az saytının məlumatına görə, “Fənər”də çıxış edən Daniel Quizanı transfer etmək istəyən İspaniya təmsilçisi onun əvəzinə Nihat Kahveçi Türkiyəyə göndərməyə hazır olduğunu bəyan edib. Ötən mövsüm “Malyorka”nın heyətində İspaniya Primerosunun bombardiri olan 27 yaşlı Quiza qolçuluq bacarığını göstərə bilmədiyi İstanbul təmsilçisi tərk etmək fikrindədir. Danielin vətənə qayıtmaq istəyini nəzərə alan “Vilyarreal” onu 29 yaşlı Nihatla dəyişdirməyi qərara alıb. “Fənərbaxça” Kahveçini hələ Avro-2008-də öncə transfer etmək fikrində olsa da, həmin vaxt “Vilyarreal” buna qarşı çıxmışdı. İndi türkiyəlilər İspaniyadan gələn təklifi müsbət qiymətləndirir. Bu dəyiş-döyüşün dövrlərarası fasilədə reallaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, Nihat Avro-2008-də aldığı ağır zədədən sonra hələ də yaşıl meydandan kənarda qalıb.
0