“Bakı” acığını autsayderdən çıxdı
22.11.2008 - 16:57
“Bakı” acığını autsayderdən çıxdı
Bu gün Azərbaycan Premyer Liqasında XII tur start götürüb. Apasport.az saytının məlumatına görə, Bakıda və Yevlaxda hər 3 oyun məhsuldar alınıb. Üç matçda qapılara ümumilikdə 14 qol vurulub.

Çempionluğa iddialı “Bakı” ötən tur “Simurq”a 1:2 hesablı məğlubiyyətin acığını “Turan”dan çıxıb. Paytaxt klubu autsayderin qapısından 7 cavabsız top keçirib. Bakıda gerçəkləşən digər görüşdə “Olimpik” çətinliklə MOİK-i üstələyib.

Yevlaxda “Karvan”a qalib gələn “İnter” isə zirvəyə yüksəlib. Valentin Xodukinin komandasının turu lider qismində başa vurub-vurmayacağı sabahkı oyunlardan asılıdır. Yeri gəlmişkən, sabah 4 qarşılaşma – “Xəzər-Lənkəran” - “Qarabağ”, “Bakılı” - “Neftçi”, “Standard” - “Muğan” və “Qəbələ” - “Simurq” matçları keçiriləcək.


XII tur, 22 noyabr
“Karvan” - “İnter” - 1:2
Emo, 75 - Rubin, 15; Valter, 51.

“Bakı” - “Turan” - 7:0
Muciri, 21 (pen.); 40; Peres, 23; 31; Fabio Ramim, 35; Bəxtiyar Sultanov, 56; 86.

“Olimpik” - MOİK - 3:1
Dos Santos, 23; Axalkatsi, 75; Müqədi, 89 (pen.) - Laşenkov, 43 (avtoqol)

1.“İnter” 28, 2.“Simurq” 26, 3.“Bakı” 26, 4.“Karvan” 25, 5.“Xəzər-Lənkəran” 25, 6.“Olimpik” 22, 7.“Qarabağ” 18, 8.“Standard” 14, 9.“Neftçi” 10, 10.“Qəbələ” 10, 11.“Bakılı” 6, 12.“Muğan” 4, 13. MOİK 4, 14.“Turan” 3.
0