Ərtoğrul Sağlama Belçikadan dəvət gəlib
23.11.2008 - 13:48
Ərtoğrul Sağlama Belçikadan dəvət gəlib
“Beşiktaş” klubunun sabiq baş məşqçisi Ərtoğrul Sağlama Belçikadan dəvət gəlib. Apasport.az saytının məlumatına görə, türkiyəli çalışdırıcının xidmətində Belçikanın ən titullu klublarından biri “Anderlext” maraqlıdır.

Bununla bağlı jurnalistlərə açıqlama verən Sağlam “Anderlext”dən təklif aldığını təsdiqləyib. O, şərtləri razılaşdıracaqları halda, rəsmi müqavilə bağlayacaqlarını bildirib.

Qeyd edək ki, ötən ay “Beşiktaş”ın baş məşqçisi postundan istefa verən Sağlama “Xəzər-Lənkəran” rəhbərliyi tərəfindən də təklif göndərildiyi deyilirdi. Lakin 39 yaşlı məşqçi apasport.az saytına eksklüziv müsahibəsində bunu qətiyyətlə təkzib etmişdi.
0