Avropa çempionatında medalsız qaldıq
23.11.2008 - 15:20
Avropa çempionatında medalsız qaldıq
Azərbaycan cüdo yığması Xorvatiyanın paytaxtı Zaqrebdə 23 yaşadək oğlan və qızlar arasında təşkil olunan Avropa çempionatında uğursuzluğa düçar olub. Apasport.az saytının məlumatına görə, yarışa qatılan 7 idmançımızın heç biri fəxri kürsüyə yüksələ bilməyib.

Milli komanda üzvlərindən yalnız Emil Həsənov (60 kq) medal qazanmağa yaxın olub. Ancaq o, yekunda 5-ci pillədə qərarlaşıb. Digər oğlanlar - Samir Dadaşzadə (60 kq), Fuad Həbibzadə (73 kq), Rüstəm Alimli (81 kq) və Fərid Babayev (+100 kq) da zəif çıxış ediblər.

Həmçinin, xanım cüdoçularımız da Vətənə əliboş dönürlər. Əsas yığmamızın da şərəfini qoruyan Ramilə Usubova (63 kq), eləcə də Rəqiyyə Qarayeva (70 kq) mükafatçılar sırasında yer almağı bacarmayıblar.
0