“Neftçi” də qələbə qazanarmış…
23.11.2008 - 16:06
“Neftçi” də qələbə qazanarmış…
Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində bu gün növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, “Bakılı” Tofiq Bəhramov adına Respublika stadinonunda “Neftçi”ni qəbul edib. Bu matçda, nəhayət, flaqman tilsimi qıraraq, qələbə qazanıb.

Oyuna fəal başlayan nominal qonaqlar 3-cü dəqiqədə hesabı açıblar. “Neftçi”nin heyətində Mirhüseyn Seyidov fərqlənib. İkinci hissədə daha bir qol vuran Hans-Yurgen Gedenin yetirmələri 3 xal əldə ediblər. Bu, “Neftçi”nin son 5 turda ilk qələbəsi kimi yadda qalıb.

Ötən həftəni lider qismində başa vurmuş “Simurq” isə Qəbələdə büdrəyib. Roman Pokoranın rəhbərlik etdiyi kollektiv eyniadlı klubun müqavimətini qıra bilməyib. Hazırda "Xəzər-Lənkəran" - "Qarabağ" matçı oynanılır.


XII tur, 22 noyabr
“Karvan” - “İnter” - 1:2
Emo, 75 - Rubin, 15; Valter, 51.

“Bakı” - “Turan” - 7:0
Muciri, 21 (pen.); 40; Peres, 23; 31; Fabio Ramim, 35; Bəxtiyar Sultanov, 56; 86.

“Olimpik” - MOİK - 3:1
Dos Santos, 23; Axalkatsi, 75; Müqədi, 89 (pen.) - Laşenkov, 43 (avtoqol)

23 noyabr
“Bakılı” - “Neftçi” - 0:2
Mirhüseyn Seyidov, 3; Əli Cansun, 59.

"Standard" - "Muğan" - 1:0
Karlos Velton, 14.

“Qəbələ” - “Simurq” - 0:0


1.“İnter” 28, 2.“Simurq” 27, 3.“Bakı” 26, 4.“Karvan” 25, 5.“Xəzər-Lənkəran” 25, 6.“Olimpik” 22, 7.“Qarabağ” 18, 8.“Standard” 17, 9.“Neftçi” 13, 10.“Qəbələ” 11, 11.“Bakılı” 6, 12.“Muğan” 4, 13. MOİK 4, 14.“Turan” 3.
0