Ramiz Məmmədov bəxtsizlikdən şikayətləndi
23.11.2008 - 17:31
Ramiz Məmmədov bəxtsizlikdən şikayətləndi
“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov bu gün “Simurq”la oyundan sonra maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcısı ikinci pillədə qərarlaşan rəqiblə oyunda bəxtlərinin gətirmədiyini söyləyib.

“Uğursuz oyunlar seriyasının bu qarşılaşmada başa çatacağına inanırdım. Düzdür, heç-heçə pis nəticə deyil. Bəxtimiz gətirsəydi, qələbə də qazana bilərdik” - deyə Məmmədov vurğulayıb.

O, birinci dövrənin son turunda “Turan”ı məğlub etməyə çalışacaqlarını bildirib: “Qış fasiləsi ərəfəsində “Turan”a qalib gəlib, xal ehtiyatımızı artırmaq niyyətindəyik”.

Qeyd edək ki, “Qəbələ” - “Smiurq” matçı 0:0 hesabı ilə nəticələnib. Hazırda Ramiz Məmmədovun komandası 11 xalla 10-cu yerdədir.
0