Rındinin debüt matçı: 369 saniyə və 2 xal
24.11.2008 - 11:46
Rındinin debüt matçı: 369 saniyə və 2 xal
Azərbaycanın basketbol yığmasının lideri Aleksandr Rındinin “Ural-Qreyt” klubunda debütü baş tutub. Apasport.az saytının məlumatına görə, 23 yaşlı həmyerlimiz Rusiya kubokunun 1/4 final mərhələsinin UNİKS klubu ilə cavab matçında iştirak edib.

İlk görüşdə rəqibinə 60:87 hesabı ilə uduzan permlilər bu dəfə də meydanı başıaşağı tərk ediblər - 73:95. Rındin fasilələrlə 369 saniyə mübarizə aparıb. 225 sm boya malik həmyerlimiz bu vaxt ərzində cəmi 2 xal qazanıb.

Qeyd edək ki, “Ural-Qreyt” bu məğlubiyyətlə Rusiya kubokunda mübarizəni dayandırıb.
0