Belə getsə, London Olimpiadasına 6 lisenziya qazana bilməyəcəyik
24.11.2008 - 14:35
“Gənc cüdoçularımızın Avropa çempionatında medal qazana bilməmələri ciddi siqnaldır. Nəzərə almaq lazımdır ki, onlar yığmamızın ehtiyat qüvvəsi sayılırlar”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycanın cüdo üzrə milli komandasının baş məşqçisi Ağayar Axundzadə deyib.
Onun fikrincə, 23 yaşadək oğlan və qızları, eləcə də əsas yığmanın üzvlərini daha çox beynəlxalq yarışlara göndərmək lazımdır: “Bizə deyirlər ki, olimpiadaya 2 il qalmış hazırlığa başlayarsınız. Bu, çox yanlış fikirdir. Əksər ölkələr 4 il sonra keçiriləcək London Yay Olimpiya Oyunlarının hazırlığına start veriblər. Amma bizdə 2011-ci ili gözləyirlər”.
Maddi məsələlərin birbaşa nəticəyə təsir göstərdiyini xatırladan Axundzadə zamanı dəyərləndirməyin vacibliyini vurğulayıb: “Axı, nəyə görə qarşıdakı 2 ili boşa verməliyik? 2011-ci ildən etibarən lisenziya xarakterli turnirlər keçiriləcək. Əgər o vaxt qədər gözləsək, uduzmuş olarıq. London Olimpiadasının hazırlığına indidən başlamalıyıq. Ancaq bunlar deyirlər ki, oturun evdə. Pulu az ayırmaqla, yarışlara az xərc çəkməklə, iş bitmir”.
Baş məşqçi bildirib ki, lisenziyaların sayının azalacağı istisna deyil: “Belə getsə, London Olimpiadasına heç 6 lisenziya qazana bilməyəcəyik. Mən təqvimi müvafiq yerə təqdim etmişəm. Milli komandamıza lazımi qədər pul ayrılmalı, şərait yaradılmalıdır. Çünki biz xalqımız, prezidentimiz üçün çalışırıq”.
Qeyd edək ki, ötən həftə Xorvatiyada keçirilmiş gənclər arasında Avropa çempionatında qüvvəsini sınayan 7 cüdoçumuzun heç biri fəxri kürsüyə yüksəlməyi bacarmayıb.

0
0