Mehmet Okura heykəl qoyulacaq
24.11.2008 - 19:43
Mehmet Okura heykəl qoyulacaq
Türkiyənin Yalova Bələdiyyəsi MBA-nın “Yuta Cazz” klubunda oynayan Mehmet Okura heykəl qoyacaq. Apasport.az saytının məlumatına görə, bu haqda Bələdiyyə başçısı Barbaros Binicioğlu açıqlama verib.

“Yalovalılar idmanda sözünü deyən insanların heykəllərini görəcəklər. Mehmet Okura bununla bağlı müraciət edəcəyik. Çox güman, bu iş yaxın aylarda tamamlanacaq” - deyə Binicioğlu bildirib.

Qeyd edək ki, Türkiyə yığmasının da şərəfini qoruyan basketbolçunun büstünü tanınmış heykəltəraş Ümit Öztürk hazırlayacaq.
0