Əyalət klubları ilk dəfə Azərbaycan çempionatında!
25.11.2008 - 14:27
Əyalət klubları ilk dəfə Azərbaycan çempionatında!
Azərbaycanın kişilər arasında növbəti basketbol çempionatı dekabrın 6-da start götürəcək. Bu haqda Apasport.az saytına milli komandanın baş məşqçisi Elxan Əliyev məlumat verib.

Onun sözlərinə görə, çempionatda 7 komanda iştirak edəcək. Artıq “Qala”, “Qərb Universiteti”, ABU, “Az.Top”, “Gənclik”, “Naxçıvan” və “Gəncə” klubları iştiraklarını təsdiqləyiblər.

Qeyd edək ki, Azərbaycan çempionatının tarixində ilk dəfə mükafatlar uğrunda iki əyalət təmsilçisi mübarizə aparacaq. Çempionata mayda təşkil olunacaq “Dördlər finalı” ilə yekun vurulacaq.
0