Yığmamız Hollandiyadan güclüdür!
25.11.2008 - 17:53
Yığmamız Hollandiyadan güclüdür!
Peşəkar Çimərlik Futbolu Təşkilatı milli komandaların 2008-ci il üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 49-cu pillədə qərarlaşıb.

2005-08-ci illər arasında keçirilmiş dünya çempionatlarının nəticələrinə əsasən tərtib olunmuş siyahıda 55 kollektiv yer alıb. Planetin ən güclü komandası Braziliyadır. İkinci pilləni Fransa, növbəti sıranı isə Portuqaliya tutur.

Bu ilin yazından etibarən beynəlxalq yarışlarda mübarizə aparan milli komandamız 6 yığmanı qabaqlayır. Braziliyalı Qustavo Enrike Zlokkovik Silvanın yetirmələri hazırda Litva, Hollandiya, Avstriya, Andorra, Rumıniya və Gürcüstandan güclü sayılır.

Qeyd edək ki, az öncə açıqlanmış Avropa ölkələrinin reytinqində Azərbaycan 28 komanda arasında 24-cü olmuşdu.
0