Gürcüstan yığması yenə Bakıya gəlir
25.11.2008 - 18:09
Gürcüstan yığması yenə Bakıya gəlir
21 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması gələn ay yoldaşlıq görüşü keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, futzalçılarımız Bakıda gürcüstanlı həmkarlarını sınağa çəkəcəklər.

Bu məqsədlə Gürcüstan milli komandası dekabrın ortalarında paytaxtımıza təşrif buyuracaq. Dekabrın 22-də və 23-də keçiriləcək oyunlar Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq.

Qeyd edək ki, Azərbaycan və Gürcüstanın gənc futzalçıları bu il martın 27-də və 28-də Bakıda yoldaşlıq matçında üz-üzə gəliblər. Həmin oyunlarda yığmamız müvafiq olaraq, 5:2 və 9:6 hesabı ilə qalib gəlib.
0