“Belkeviç bizə lazım deyil”
25.11.2008 - 19:12
“Belkeviç bizə lazım deyil”
Bakının “İnter” klubunun belaruslu futbolçusu Valentin Belkeviç “Lvov”a lazım deyil. Apasport.az saytının məlumatına görə, Ukrayna mətbuatı 35 yaşlı futbolçunun yenidən bu ölkəyə qayıdıb “Arsenal”la “Lvov” klubları arasında seçim edəcəyini iddia edir. Hətta bir neçə digər təcrübəliyə də göz dikən lvovluların təqaüdçülərdən komanda formalaşdırıldığı da bildirilir. Klubun rəsmi saytında da Belkeviçin keçidinin mümkünlüyü ilə bağlı xəbər yerləşdirilib.

Amma Lvovun eyni adlı təmsilçisi 12 il Kiyev “Dinamo”sunda çıxış edən belarusluya ehtiyac duymadığını iddia edir. Klubun prezidenti Yuri Kindzerski bunun həqiqətə uyğun olmadığını bildirib. İndi Belkeviçin oynadığı “İnter”in baş məşqçisi olan Valentin Xodukinin həmyerlilərinin mövqeyini klubun mətbuat xidməti də açıqlayıb. “Lvov” rəsmisi Aleksandr Pauk “Dinamo”nun kapitanının erasının bitdiyini iddia edir: “Valentin Belkeviçə nə qədər böyük hörmətim olsa da, onun yaxşı futbolçu olduğunu, lakin vaxtının keçdiyini söyləyə bilərəm. “Lvov” güclülər dəstəsində çıxış edir, həvəskarlar üçün bir klub deyil”.

Qeyd edək ki, 1991-96-cı illərdə Minsk, 1996-2008-ci illərdə Kiyev “Dinamo”sunda çıxış edən Belkeviç 4 ay əvvəl “İnter”ə keçib.
0