Premyer Liqa: XIII turun hakimləri
25.11.2008 - 19:29
Premyer Liqa: XIII turun hakimləri
Azərbaycan Premyer Liqasının XIII turunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, turun mərkəzi qarşılaşması yenə Zöhrab Qədiyevə tapşırılıb. Ötən tur “Karvan” - “İnter” matçını idarə edən 44 yaşlı hakim birinci dövrənin son turunda baş tutacaq “Simurq” – “Xəzər-Lənkəran” görüşündə fit çalacaq.

29 noyabr
"Turan" - "Qəbələ"
Baş hakim: Babək Quliyev.

"Muğan" - "Bakı"
Baş hakim: Anar Salmanov

MOİK - "Standard"
Baş hakim: Ceyhun Haşımov

"Qarabağ" - "Karvan"
Baş hakim: Anar Niyazov

"Simurq" - "Xəzər-Lənkəran"
Baş hakim: Zöhrab Qədiyev

30 noyabr

"Neftçi" - "Olimpik"
Baş hakim: Vüsal Əliyev

"İnter" - "Bakılı"
Baş hakim: Elçin Səmədli
0