“Bakı” “Braqa”nın sabiq futbolçusunu istəyir
25.11.2008 - 19:52
“Bakı” “Braqa”nın sabiq futbolçusunu istəyir
Azərbaycanda ilk polşalı futbolçu “Bakı”da çıxış edə bilər. Klubun vitse-prezidenti Zeynal Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, Polşa çempionatının güclülər dəstəsində çıxış edən “Arka” komandasıyla danışıqlara başlanıb. “Zolaqlılar” hazırda Polşa çempionatında 7-ci pillədə qərarlaşan klubun hücumçusu Marçin Şmiyestə göz dikib. 29 yaşlı futbolçunun oyununu görüb bəyənən paytaxt klubu “Arka”ya dəvət məktubu da göndərib.

Belə ki, təmsilçimiz hücumçunu ən azı icarəyə götürmək niyyətindədir. Əvvəllər “Visla (Qrabye, 1997/98), “Gutnik” (1998-2002), QKS (2002-05), “Legiya” (2005/06), “Odra”(Vodzislav, 2005-07), həmçinin Portuqaliyanın “Braqa” (2006/07) klubunda çıxış edən Marçin 2007-ci ildən “Arka”nın heyətindədir. Lakin Portuqaliya çempionatında 10 matç keçirən futbolçu “Arka”nın heyətində keçirdiyi mövsüm yarımda çempionat oyununa çıxmayıb.
0