“Neftçi” erməniləri ayağa qaldırdı
26.11.2008 - 10:07
“Neftçi” erməniləri ayağa qaldırdı
Erməni azarkeşlər ölkə çempionu “Pünik”in “Neftçi”nin qabağından qaçmasını hələ də unuda bilmirlər. Apasport.az saytının məlumatına görə, işğalçılar ölkə prezidenti Serj Sarkisyana müraciətlərində futbolun xilasına yardımçı olmağı xahiş ediblər. Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyandan narazı olan azarkeşlər yeganə ümid yeri kimi Sarkisyanı görür: “Ayrapetyan bu vəzifəyə gəldiyi 2002-ci ildə futbolun inkişafı üçün bir az səy göstərdi. Lakin sonra neqativ hallar baş alıb getdi. “Ararat”la münaqişə, keçmişin əməkdar futbolçuları, həmçinin indiki oyunçular və əcnəbi məşqçilərin adını ləkələməyə başladılar. “Pünik” rüsvayçı şəkildə Azərbaycanın “Neftçi” komandasının qabağından qaçdı. Bütün bunlar sizə müraciət etməyimizə səbəb oldu. Ermənistan futbolunu xilas edin”.
Qeyd edək ki, 2006-cı ildə Moskvada keçirilən “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində “Neftçi” ilə qarşılaşmalı olan “Pünik” oyuna çıxmaqdan qorxaraq İrəvana qaçmışdı.
0