Vüqar Nadirova sarı vərəqə verən hakim Asiyanın ən yaxşısıdır
26.11.2008 - 10:25
Vüqar Nadirova sarı vərəqə verən hakim Asiyanın ən yaxşısıdır
Özbəkistan milli komandasının futbolçusu Sərvər Cəfərov Asiyada 2008-ci ilin ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, “Bunedkor” klubunun heyətində ölkə çempionu olan 26 yaşlı yarımmüdafiəçi bu ada layiq görülən ilk özbək futbolçu olub. Kiyev “Dinamo”sunun üzvü Maksim Şatskix bu titula yaxın olsa da, hər iki halda sorğunun nəticələrinə görə ikinci yerlə kifayətlənib.

Ötən il fevralın 7-də keçirilən Özbəkistan - Azərbaycan matçını idarə edən Ravşan İrmatov isə Asiyanın 2008-ci il üçün ən yaxşı hakimi seçilib. 0:0 hesablı heç-heçə ilə nəticələnən həmin görüşdə millimizin hücumçusu Vüqar Nadirova sarı vərəqə göstərən referi 2010-cu ildə keçiriləcək dünya çempionatında iştirak etmək şanslarını nəzərə çarpan dərəcədə artırıb.

Qeyd edək ki, İrmatov CAR-a yollanmağa namizəd olan hakimlərin ilkin siyahısında yer alıb.
0