Yunisoğlu axır ki, “Poloniya”da oynadı
26.11.2008 - 10:50
Yunisoğlu axır ki, “Poloniya”da oynadı
Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlu axır ki, Polşa “Poloniya”sının heyətində debüt edib. Apasport.az saytının məlumatına görə, Varşava təmsilçisinin yayda “Qrotslin”lə birləşməsindən sonra özü üçün yeni komandada çıxış etməli olan 24 yaşlı müdafiəçi ilk rəsmi matçını Liqa kubokunda keçirib. Saşa bu turnirin qrup mərhələsinin son turunda “Poloniya”nın LKS-lə görüşündə meydana çıxıb. Müdafiəçi 1:1 hesabı ilə nəticələnən oyunda 90 dəqiqə meydanda olub və sarı vərəqə ilə cəzalanıb. LKS-in Yunisoğluya “elçi” düşdüyünü nəzərə alsaq, onun məhz bu komandayla görüşdə debüt etməsi təsadüf sayılmamalıdır. Belə ki, varşavalıların müdafiəçiyə qışda keçə biləcəyi komandaya özünü göstərmək şansı verdiyini söyləmək olar.
Qeyd edək ki, Yunisoğlu “Poloniya”nın əvəzedici komandasının heyətində 7 oyun keçirib.
0