Ballak yenə Lövə coşdu
26.11.2008 - 10:58
Ballak yenə Lövə coşdu
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Almaniya yığmasında növbəti qalmaqal gözlənilir. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yoahim Lövlə kapitan Mihael Ballakın “ulduzları heç cür barışmır”.

Belə ki, Ballak növbəti dəfə yığmanın çalışdırıcısının “bostanına daş atıb”. 32 yaşlı yarımmüdafiəçi Lövdən rəsmi şəkildə üzr istəməsinə baxmayaraq, onu tənqid etməkdən çəkinməyəcəyini söyləyib: “Hərdən tənqidi hamının eşitməsi üçün etmək lazımdır”.

Bundan əlavə, Mihael böyük qalmaqala səbəb olan Löv haqda verdiyi müsahibədən boyun qaçırmadığını söyləyib. Yığmanın kapitanı 48 yaşlı baş məşqçiyə ünvanına söylədiyi sözləri geri götürmək niyyətində deyil: “Nəyə görə bunu etməliyəm? Müsahibəmdə fikrimi normal şəkildə bildirmişəm. Mən heç kimin üstünə getməmişəm və bunu etmək fikrim də olmayıb”.
0