Əli İsmayılovun üçüncü müdafiəsi
26.11.2008 - 12:14
Əli İsmayılovun üçüncü müdafiəsi
Azərbaycanlı peşəkar boksçu Əli İsmayılov sabah Rusiyanın Sankt-Peterburq şəhərində rinqə çıxacaq. Apasport.az saytının məlumatına görə, 34 yaşlı təmsilçimiz WBO Latino versiyası üzrə “Qızıl kəmər”ini üçüncü dəfə müdafiə edəcək.

İsmayılov bu taleyüklü döyüşdə Rodolfo De Dominiçislə qarşılaşacaq. Argentinalı boksçu həmyerlimizlə müqayisədə peşəkar rinqdə az görüş keçirsə də, indiyədək məğlubiyyət acısı dadmayıb. Dominiçis ardıcıl 12 (10 nokaut) döyüşü qələbə ilə başa vurub. Sarsıdıcı zərbələri ilə tanınan argentinalı bu il 6 rəqibini əzişdirib.

İsmayılov isə oktyabrda amerikalı Maks Aleksander ilə dueldə ikinci dəfə çempionluq titulunu qoruyub. Bu həmyerlimizin peşəkar rinqdə 14-cü qələbəsi olub. Əli, həmçinin bir dəfə uduzub, bir görüşü isə heç-heçə başa vurub.

Qeyd edək ki, bu döyüş Sankt-Peterburqun 8 min azarkeş tutumuna malik “Yubileynıy” İdman Sarayında təşkil olunacaq.
0