AFFA-nın baş katibi yeni işinə başlayır
26.11.2008 - 12:46
AFFA-nın baş katibi yeni işinə başlayır
AFFA-nın baş katibi Elxan Məmmədov İtaliyaya yollanıb. Apasport.az saytının məlumatına görə, Məmmədov “Sampdoriya” və Almaniyanın “Ştutqart” klubları arasında qitə miqyaslı oyunda UEFA nümayəndəsi olacaq. Bununla, baş katib sabah özünü yeni vəzifədə sınayacaq. İlk dəfə UEFA nümayəndəsi kimi təyinat alan baş katib təşkilati, təhlükəsizlik məsələlərinə cavabdeh olacaq.
Qeyd edək ki, bu komandaların UEFA kuboku çərçivəsində Genuyanın “Luici Ferrari” stadionundakı görüşü Bakı vaxtilə 23:45-də başlayacaq.
0