Hakimlərimizə növbəti təyinat
26.11.2008 - 13:43
Hakimlərimizə növbəti təyinat
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri kişilər arasında dünya çempionatının seçmə qrup mərhələsinin oyununa təyinat alıblar. Apasport.az saytının məlumatına görə, Vaqif Əliyevlə Ələkbər Ağakişiyev artıq bu gün meydana çıxacaqlar.

Referilərimiz Varna şəhərində Bolqarıstan yığması ilə Sloveniya arasında baş tutacaq oyunda ədaləti qoruyacaqlar. Təmsilçilərimizin idarəçiliyini Avropa Həndbol Federasiyasının nümayəndəsi Nikolay Vizitiu (Moldova) qiymətləndirəcək.
0