Birinci dövrəni çempion yekunlaşdıracaq
26.11.2008 - 15:40
Birinci dövrəni çempion yekunlaşdıracaq
Azərbaycan Premyer Liqasının XIII turunun oyunlarının vaxtı və yeri müəyyənləşib.
Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, birinci dövrənin son turunun üç görüşünün vaxtı dəyişdirilib.

Premyer Liqanın təqvimində göstərildiyi kimi, noyabrın 29-da meydana çıxacaq komandaların iştirakı ilə keçirilən qarşılaşmalar saat 14:00-da başlanacaq. Sonradan bir gün əvvələ - noyabrın 29-na keçirilən “Simurq” – “Xəzər-Lənkəran” matçının başlama saatı da dəyişdirilib. Bu görüş saat 18:00-da başlanacaq.

Birinci dövrənin son oyun günündəki görüşlərin hər ikisinin də vaxtı dəyişdirilib. Belə ki, AzTV ilə canlı yayımlanacaq “Neftçi” – “Olimpik” qarşılaşması saat 14:30, “İnter” – “Bakılı” oyunu isə saat 15:00-da başlanacaq. Ölkə çempionunun iştirakı ilə keçirilən matç dövrənin son oyunu olacaq.

29 noyabr, şənbə

"Turan" - "Qəbələ"

Tovuz şəhər stadionu, 14.00

"Muğan" - "Bakı"
Salyan şəhər stadionu, 14.00

MOİK - "Standard"
"Şəfa" stadionu, 14.00

"Qarabağ" - "Karvan"
T.İsmayılov adına Suraxanı qəsəbə stadionu, 14.00

"Simurq" - "Xəzər-Lənkəran"
Zaqatala Olimpiya Kompleksinin stadionu, 18.00

30 noyabr, bazar

"Neftçi" - "Olimpik"

T.Bəhramov adına Respublika Stadionu, 14.30

"İnter" - "Bakılı"
"Şəfa" stadionu, 15.00
0