“Xəzər-Lənkəran” nə istəyir?
26.11.2008 - 15:43
“Xəzər-Lənkəran” nə istəyir?
“Xəzər-Lənkəran” Premyer Liqada ilk dövrənin son turuna Bakıda hazırlaşır. Apasport.az saytının məlumatına görə, noyabrın 29-da Zaqatalada “Simurq”un qonağı olacaq Lənkəran təmsilçisi məşqlərini “Şəfa” stadionunda keçir. Zaqatalada süni örtüklü meydançada oynayacağını nəzərə alan “Xəzər-Lənkəran”ın futbolçuları buna görə də “Şəfa” hazırlaşır. Sabah məşqlərini başa vuracaq cənub klubu Zaqatalaya birigün təyyarə ilə yollanmağı planlaşdırıb. Türkiyəli baş məşqçisi Rasim Kara “Xəzər-Lənkəran”dan ona kömək edən həmyerliləri ilə birgə getdiyi üçün komanda hazırlığı qapıçılarla işləyən məşqçi Hafiz Əliyevin rəhbərliyi altında keçir. Məşqlərdə yalnız zədəli braziliyalı müdafiəçi Denis Silva iştirak etmir. Anasının vəfatı ilə əlaqədar məşqlərdən kənarda qalan qapıçı Kamran Ağayev düşərgəyə qayıdıb. Özünü pis etdiyi üçün dünənki məşqi buraxan qapıçı Dmitri Kramarenko da komandaya qoşulub. “Xəzər-Lənkəran”ın futbolçuları baş verən gözlənilməz olaya baxmayaraq, çətin Zaqatala səfərindən yalnız qələbə ilə dönmək fikrindədir. Bununla da onlar komandada hər hansı böhranın olmadığını sübut etmək əzmindədir.
0