“Qalatasaray”ın simvolu Azərbaycanda
26.11.2008 - 16:51
“Qalatasaray”ın simvolu Azərbaycanda
Türkiyənin “Qalatasaray” klubunun daha bir məşqçisi Azərbaycanda çalışacaq. Apasport.az saytının məlumatına görə, yeddi ildir İstanbul təmsilçisində çalışan Halim Fıçıcı artıq “Qəbələ”nin düşərgəsindədir. O, “Qalatasaray”da birgə çalışdıqları Əli Yavaşın rəhbərlik edəcəyi futbol akademiyasında işləyəcək. Belə ki, Yavaş İstanbuldan yaxşı tanıdığı “sarı-qırmızılar”in gənclərdən ibarət komandasının baş məşqçisini də yanına gətirmək qərarı verib. Yeddi ildir işlədiyi klubun aşağı yaş qruplarının əvəzolunmaz simvoluna çevrilən Fıçıcı 2003-cü ildə Avropa çempionu olan Türkiyənin yeniyetmələrdən ibarət milli komandasına 7 yetirməsini vermişdi.

mənbə: fanatik.com.tr
0