Qurban Berdıyev “İnter”lə oynamaq istəmir
27.11.2008 - 10:49
Qurban Berdıyev “İnter”lə oynamaq istəmir
Tarixində ilk dəfə Rusiya çempionu olan “Rubin” gələn ilin yanvarında keçiriləcək “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turniri ilə bağlı yekun qərarını verib. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi bu yarışda gənclərdən ibarət komandayla təmsil olunacaq. Baş məşqçi Qurban Berdıyevin rəhbərlik etdiyi əsas komanda isə yanvarın sonunda toplanış keçmək üçün İspaniyanın Marbelia şəhərinə yollanacaq. Ötən qışda da həmin kurort şəhərciyində hazırlaşan “Rubin” Bakının “Neftçi” komandası ilə də yoldaşlıq oyunu keçirmişdi. İsraildə keçirilən “Birinci kanalın kuboku” və “Birlik kuboku”ndan imtina edən Berdıyev bunu zədə qorxusu ilə izah edib: “Birlik kuboku” süni örtükdə keçirilir ki, əməliyyat olunmuş futbolçulara belə meydanda oynamağı həkimlər qadağan edib. Komandamızda isə belə futbolçular çoxdur”.
Qeyd edək ki, “Rubin” Azərbaycanı “Birlik kuboku”nda təmsil edəcək Bakının “İnter” komandasının potensial rəqiblərindədir.
0