Əli İsmayılov argentinalı rəqibini üstələdi
27.11.2008 - 11:25
Əli İsmayılov argentinalı rəqibini üstələdi
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində WBO Latino versiyası üzrə “Qızıl kəmər”ini üçüncü dəfə müdafiə edəcək Əli İsmayılov argentinalı rəqibi Rodolfo De Dominiçisi üstələyib. Apasport.az saytının məlumatına görə, çəki yoxlama mərasimində azərbaycanlı peşəkar boksçu rəqibindən ağır gəlib.

İsmayılovun çəkisi 90,7 kq-a bərabər olub. Argentinalı boksçu 34 yaşlı təmsilçimizə təxminən 3,2 kq “uduzub”.

Qeyd edək ki, bu döyüş Sankt-Peterburqun 8 min azarkeş tutumuna malik “Yubileynıy” İdman Sarayında təşkil olunacaq.
0