“Qalatasaray” Podolski ilə danışıqlara başladı
27.11.2008 - 12:12
“Qalatasaray” Podolski ilə danışıqlara başladı
“Qalatasaray” dövrələrarası fasilədə heyətini gücləndirəcək. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Cim Bom” Almaniya yığmasının və “Bavariya”nın hücumçusu Lukas Podolskini transfer etmək üçün danışıqlara başlayıb.

“Qalatasaray” transfer qiyməti baha olan 23 yaşlı futbolçunu icarəyə götürmək istəyir. İstanbul klubunu çalışdıran alman mütəxəssis Mihael Skibbe bu transferin reallaşmasında maraqlıdır. “Bavariya”da Luka Toni və Miroslav Kloze kimi tanınmış hücumçular ucbatından ehtiyatda qalan Podolski də komandasını dəyişməkdə israrlıdır.

Qeyd edək ki, Podolski 2006-cı ildə “Köln”dən “Bavariya”ya 10 milyon avroya transfer edilib. Sonuncu dünya çempionatının en yaxşı gənc futbolçusu seçilən Polşa əsilli hücumçu Almaniya yığmasında keçirdiyi 60 oyunda 31 qol vurub.
0