Çempionat oyununda kütləvi toqquşma!
27.11.2008 - 13:56
Çempionat oyununda kütləvi toqquşma!
Macarıstanın 4-cü liqasında biabırçı hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, futbolçu görüşün baş hakimini doyunca döyüb.

“Bokoni” – “Kalmanhaza” matçının hakimi qonaq komanda hesabda 4:3 öndə olarkən, 85-ci dəqiqədə meydan sahiblərinin hücumçusunu sarı vərəqə ilə cəzalandırıb. Bu qərara etiraz edən futbolçu referinin üstünə bağırmağa başlayıb. O, qırmızı vərəqəyə əl atmaq istəyərkən isə futbolçunun hücumuna məruz qalıb.

Yerə yıxılan hakim aldığı güclü yumruq və təpik zərbələrindən huşunu itirib. Bu zaman hər iki komandanın üzvləri əlbəyaxa davaya başlayıblar. Tezliklə onlara yerli azarkeşlər də qoşulublar. Təxminən 10 dəqiqə davam edən olayı polis güclə sakitləşdirməyə müvəffəq olub.

Macarıstan Futbol Federasiyası hadisə ilə bağlı araşdırmaya başlayıb.
0