Səhhəti Babək Quliyevə hakimlik etməyə imkan vermir
27.11.2008 - 15:19
Səhhəti Babək Quliyevə hakimlik etməyə imkan vermir
Premyer Liqanın XIII turunun oyunlarını idarə edəcək hakimlərlə bağlı dəyişiklik edilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, noyabrın 29-da keçiriləcək “Turan” - “Qəbələ” matçına baş hakim kimi təyinat alan Babək Quliyev qarşılaşmanı idarə edə bilməyəcək. Buna FİFA hakiminin səhhətində yaranmış problem səbəb olub. Həmin görüşdə Quliyevin əvəzinə baş hakim funksiyasını Elçin Məmmədov yerinə yetirəcək. Məmmədov təyinat zamanı “Muğan” – “Bakı” oyununa dördüncü hakim kimi təyinat almışdı. Həmin qarşılaşmada dördüncü hakim isə Fuad Həsənov olacaq.
0