Skibbe: Bu, çox səfeh sualdır
28.11.2008 - 01:25
Skibbe: Bu, çox səfeh sualdır
“Metalist”lə oyunun son dəqiqələrində buraxdığımız qol fikirlərimizi alt-üst etdi. Buna baxmayaraq, gələn həftə Berlində “Herta” ilə görüşdə qənaətbəxş nəticə qazanaraq, növbəti mərhələyə adlayacağımıza inanıram”. Apasport.az saytının məlumatına görə, bunu UEFA kubokunun qrup mərhələsinin III turunda öz meydanında “Metalist”ə 0:1 hesablı məğlubiyyətin ardından təşkil olunan mətbuat konfransında “Qalatasaray”ın baş məşqçisi Mixael Skibbe deyib.

Almaniyalı çalışdırıcı rəqibin qol vurduğu epizodda kobud səhv buraxan Sərvət Çətinə dəstək olub: “Futbolda belə şanssızlıqlar olur. Ümumiyyətlə, biz birinci hissədə yaxşı müdafiə oluna bilmirdik. “Metalist”ə oynamaq üçün boş sahə verdik. Ukrayna komandaları adətən müdafiədə yaxşı təsir bağışlayırlar. Fasilədən sonra rəqib qapısına həlledici zərbələr vurmağı bacarmadıq”.

Mətbuat konfransının sonunda jurnalsitlərdən birinin sualı isə Skibbeni özündən çıxarıb. “İstefa verməyi düşünürsünüzmü” sualına almaniyalı əsəbi cavab verib: “Bu, çox səfeh sualdır”.
0