“Qalatasaray” “kor” qapıçıya qol vura bilməyib
28.11.2008 - 10:36
“Qalatasaray” “kor” qapıçıya qol vura bilməyib
“Qalatasaray”ı səfərdə məğlub edən “Metallist”in qapıçısı Aleksandr Qoryainov İstanbul səfərindən narazı qalıb. Apasport.az saytının məlumatına görə, istanbulluların qol vura bilmədiyi qapıçı çətinliklə qarşılaşdığını bildirib. Onun sözlərinə görə, arenanın işıqları qapısını toxunulmaz saxlamağa mane olurmuş: “Qalatasaray”ın stadionu gözəl, eyni zamanda qeyri-adidir. İşıqlandırma sistemi çox güclüdür. Fənərlər iti bucaq altında qurulub və birbaşa gözlərə düşərək onları kor edir. Məhz bu mənim çıxışlarda səhv etməyimə səbəb olurdu. Tribunalar isə...öz meydanımızda bizi daha yaxşı dəstəkləyirlər”.
Qeyd edək ki, UEFA kubokunun qrup mərhələsində keçirilən “Qalatasaray” – “Metallist” oyunu 0:1 hesabı ilə nəticələnib.
0