“Lokomotiv” Linkolna elçi düşdü
28.11.2008 - 11:09
“Lokomotiv” Linkolna elçi düşdü
Türkiyənin “Qalatasaray” klubunun braziliyalı legioneri Kassio Linkoln Rusiya “Lokomotiv”inin maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, Moskva klubunun rəhbərliyi və baş məşqçisi Rəşid Rəhimov istedadlı yarımmüdafiəçini izləmək üçün İstanbula gəliblər.

Linkolnun iştirakı ilə bir neçə oyuna baxan rusiyalılar onu transfer etməkdə israrlıdırlar. 30 yaşlı braziliyalını buraxmaq fikrində olmayan “Qalatasaray” rəhbərliyi ona 7,5 milyon avro transfer qiyməti qoyub.
0