“Sevgililər günü”nə kim necə gedəcək?
28.11.2008 - 12:28
“Sevgililər günü”nə kim necə gedəcək?
Azərbaycan Premyer Liqasında cari mövsüm “ekvator xətti”nə yaxınlaşır. Apasport.az saytının məlumatına görə, şənbə və bazar günü keçiriləcək oyunlardan sonra çempionatda iki ay yarımlıq fasilə elan olunacaq.

Maraqlıdır ki, son mövsümlərdə birinci dövrə belə erkən başa çatmayıb. Adətən dekabrda yekunlaşan ilk dövrənin görüşləri bu dəfə bir qədər tez sona çatacaq. Qış çempionunun Bakının “İnter” klubunun olacağı şübhə doğurmur. Hər halda, son Azərbaycan çempionunun öz meydanında autsayder “Bakılı”nı yenə bilməyəcəyi sadəcə, inandırıcı görünmür.

Üçüncü mövsümdür güclülər dəstəsində çıxış edən Zaqatalanın “Simurq” klubu ən yaxşı nəticəsini göstərməyə yaxındır. Belə ki, indiyədək “altılığa” düşməyən Roman Pokoranın komandası ilk dövrəni 2-ci pillədə başa vurmaq imkanına malikdir. Bunun üçün “Simurq” Rasim Karanın istefasından sonra baş məşqçi axtarışında olan “Xəzər-Lənkəran”ı yenməlidir. Evdə uğurla çıxış edən zaqatalalılar cari mövsümdə yalnız “İnter”ə uduzub (0:2).

“Simurq”un xal itkisini gözləyən “Bakı”nın işi nisbətən asandır. Autsayder “Muğan”ı səfərdə məğlub etməsi real görünən paytaxt klubu 2-ci pilləyə yüksəlmək şansını saxlayır. Mükafatlar uğrunda mübarizə aparmasına adət etdiyimiz “Neftçi” ilk dövrəni ən yaxşı halda, 9-cu yerdə bitirəcək ki, bu da tarixində ən zəif göstəricidir. Flaqman son 7 oyunda uduzmayan “Olimpik”i yensə belə, hazırkı mövqeyində qalacaq. Buna da səbəb “Standard”ın “Neftçi”ni 4 xal qabaqlamasıdır.

29 noyabr

14:00. “Turan” – “Qəbələ”

Tovuz. Şəhər stadionu. Baş hakim: Elçin Məmmədov

14:00. “Muğan” – “Bakı”
Salyan. Şəhər stadionu. Baş hakim: Anar Salmanov

14:00. MOİK – “Standard”
Bakı. “Şəfa” stadionu. Baş hakim: Ceyhun Haşımov

14:00. “Qarabağ” – “Karvan”
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Baş hakim: Anar Niyazov

18:00. “Simurq” – “Xəzər-Lənkəran”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Baş hakim: Zöhrab Qədiyev

30 noyabr

14:30. “Neftçi” – “Olimpik”

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Vüsal Əliyev

15:00. “İnter” – “Bakılı”
Bakı. “Şəfa” stadionu. Baş hakim: Elçin Səmədli

komandalar

O

Q

H

M

T

X

1

İnter

12

8

4

0

24-8

28

2

Simurq

12

8

3

1

16-6

27

3

Bakı

12

8

2

2

27-6

26

4

Karvan

12

8

1

3

17-8

25

5

Xəzər-Lənkəran

12

8

1

3

22-10

25

6

Olimpik

12

6

4

2

15-9

22

7

Qarabağ

12

6

3

3

16-13

21

8

Standard

12

5

2

5

10-12

17

9

Neftçi

12

3

4

5

10-9

13

10

Qəbələ

12

3

2

7

13-14

11

11

Bakılı

12

1

3

8

9-28

6

12

Muğan

12

1

2

9

9-20

5

13

MOİK

12

1

2

9

5-24

5

14

Turan

12

0

3

9

3-29

3



Bombardirlər: Amiran Muciri (“Bakı”), İvan Svetkov (“Xəzər-Lənkəran”) – 9

İkinci dövrənin ilk turunun oyunları “Sevgililər günü”ndə, yəni gələn ilin fevralın 14-də və 15-də keçiriləcək.
0