Maqomedxan Aratsilov: Arzumuz reallaşmaq üzrədir
28.11.2008 - 19:58
Maqomedxan Aratsilov: Arzumuz reallaşmaq üzrədir
“Bu yarışda ölkəmizin böyüklərdən ibarət yığma komandasının bəzi üzvləri ilə yanaşı, gənclər yığmasının da xeyli üzvü iştirak edirdi və məni ən çox onların necə güləşəcəyi maraqlandırırdı. Gördüklərimdən razı qaldım. Uşaqlar əzmlə mübarizə apardılar. Bəziləri mükafatçılar sırasına düşə bilməsə də, özləri haqda müsbət fikir formalaşdırdılar”. Apasport.az saytının məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Maqomedxan Aratsilov deyib. Az öncə Gəncədə keçirilən İsax Cəfərovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirlə bağlı açıqlama verən Aratsilov bildirib ki, əsas məqsəd bütün yaş qrupları üzrə yığma komandalarda güclü rəqabət yaratmaq: “Bu arzumuz da artıq reallaşmaq üzrədir. Konkret adlar çəksəm, düşünürəm ki, 55 kq-da 2-ci olan Ceyhun Əliyev, 66 kq-da 5-ci yeri tutan Cəbrayıl Həsənov, 84 kq-da yarışan Şərif Şərifova daha yüksək nəticə göstərmək üçün bir qədər təcrübə çatmadı. Amma onların hər birinin 20 yaşı var və böyüklərin turnirində özlərini yaxşı tərəfdən göstərdilər. 74 kq-da çıxış edən Emin Əzizova gəlincə, bildiyiniz kimi Pekin yay olimpiya oyunlarının iştirakçısı adətən 66 kq-da yarışır və buna görə 74 kq-da 3–cü olması başadüşüləndir. Amma dekabrda keçiriləcək ölkə çempionatında Emin öz çəkisində çıxış etməlidir. Bir sözlə, İsax Cəfərovun xatirə turnirində çıxış edən idmançılarımız məni razı saldılar”.
0