Milli Olimpiya Komitəsi seçkilərə hazırlaşır
29.11.2008 - 12:46
Milli Olimpiya Komitəsi seçkilərə hazırlaşır
Dekabrın sonlarında Milli Olimpiya Komitəsinin (MOK) hesabat-seçki konfransı keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu haqda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, toplantıda növbəti 4 il müddətində qurumun prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.
Qeyd edək ki, 1997-ci ildən MOK-a Azərbaycanın hazırkı prezidenti İlham Əliyev başçılıq edir. Qurumun İcraiyyə Komitəsinin 17 üzvü var.

Lent.az
0