Elnur Məmmədli Avropada ilin ən yaxşı cüdoçusu seçildi
29.11.2008 - 12:56
Elnur Məmmədli Avropada ilin ən yaxşı cüdoçusu seçildi
Azərbaycan yığmasının üzvü, Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli 2008-ci il üçün Avropanın ən yaxşı cüdoçusu seçilib. Apasport.az saytının məlumatına görə, bununla bağlı Avropa Cüdo İttifaqının (EJU) Yunanıstanın paytaxtı Afinada keçirilən Konqresində qərar çıxarılıb.

20 yaşlı cüdoçumuz bu mükafata Pekin Olimpiadasındakı uğurlu çıxışı sayəsində layiq görülüb. Elnur yay olimpiya oyunlarında qarşılaşdığı 5 rəqibinin hamısına vaxtından əvvəl, ippon fəndi ilə qalib gəlib. Onun Pekində qızıl medal qazanması üçün təxminən 8 dəqiqə kifayət edib.


EJU-nun Konqresində aşağıdakı nominasiyaların qalibləri elan olunub:

Ən yaxşı kişi cüdoçu: Elnur Məmmədli (Azərbaycan)

Ən yaxşı qadın cüdoçu: Alina Dumitru (Rumıniya)
Ən yaxşı gənc cüdoçu: Teddi Riner (Fransa)
Ən yaxşı kata dueti: Yulian Surla/Aurelian Fleys (Rumıniya)
Ən yaxşı kişi məşqçi: Şota Xabarelli (Gürcüstan)
Ən yaxşı qadın məşqçi: Florin Berkan (Rumıniya)
Ən yaxşı komanda: Gürcüstan
Ən yaxşı təşkilatçı: Portuqaliya və Xorvatiya Cüdo Federasiyaları
0