Yığmamız dünya çempionatında birinci yeri tutdu
29.11.2008 - 21:39
Yığmamız dünya çempionatında birinci yeri tutdu
Heydər Əliyev adına İdman Konsert Kompleksində hərbçi boksçular arasında keçirilən sayca 52-ci dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 11 idmançı ilə qatılan Azərbaycan milli komandası 6 qızıl medal qazanıb. Belə ki, finala yüksəlmiş hər 6 təmsilçimiz doğma publika önündə maksimum nəticə göstərib.

Boskçularımızdan Ceyhun Abıyev (48 kq), Rəhim Nəcəfov (51 kq), Elşən İsmayılov (57 kq), Rahib Bəylərov (75 kq), Elnur Qədirov (81 kq) və Elçin Əlizadə (91 kq) dünya çempionu tituluna yiyələniblər. Komanda hesabında yığmamız birinci yeri tutub. İkinci pillədə Özbəkistan, sonrakı sırada isə Hindistan qərarlaşıb.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan da daxil olmaqla, 19 ölkənin boksçuları qüvvələrini sınayıblar.
0