Baş məşqçiyə növbəti ittiham: baxar “kor”...
01.12.2008 - 15:48
Baş məşqçiyə növbəti ittiham: baxar “kor”...
“Fənərbaxça” klubunun ispaniyalı baş məşqçisi Luis Araqones İspaniyanın “Xetafe” komandasını çalışdıran həmyerlisi Viktor Munyesdən gözlənilməz zərbə alıb. Apasport.az saytının məlumatına görə, 51 yaşlı Munyes təcrübəli həmkarını kor sayır. Onun fikrincə, 70 yaşlı Araqonesin görmə qabiliyyəti ilə bağlı ciddi problemi var.

“Araqones ehtiyat oyunçular skamyasında oturarkən, meydanda baş verənləri dəqiqliyi ilə görmür. Əgər köməkçiləri olmasa, o, məşqçi işləyə bilməz” - deyə Munyes vurğulayıb. Onun İspaniya yığmasına bu ilin yayında Avropa çempionu titulunu qazandırmış Araqonesi qəflətən ittiham etməsinin səbəbləri müəmmalı qalır.
0