Azarkeş üçün 1800 avroluq məzar
01.12.2008 - 16:00
Azarkeş üçün 1800 avroluq məzar
Almaniyanın Dortmund şəhərinin baş qəbiristanlığının rəhbərliyi əhaliyə qeyri-adi xidmət təklif edib. Apasport.az saytının məlumatına görə, qəbiristanlığın ərazisində miniatür stadionun tikintisi üçün yer ayrılıb və oranın meydançasında Dortmundu təmsil edən “Borussiya” klubunun azarkeşləri dəfn olunacaqlar. Bu xidmətdən istifadə etmək istəyənlərə qiymətlər də açıqlanıb. Belə ki, məzarın qiyməti 1800, başdaşı isə 350 avrodur.

Qeyd edək ki, futbol azarkeşləri üçün qəbiristanlıq ideyası yeni deyil. Almaniyanın “Hamburq” klubunun tərəfdarları üçün belə praktika xeyli vaxtdır istifadə olunur. İspaniyanın “Barselona” komandasının tanınmış azarkeşləri isə “Nou Kamp” stadionunun ərazisində son sığınacaq alırlar.
0