Mais Mənsimov Zöhrab Qədiyevi ittiham edir
02.12.2008 - 11:28
Mais Mənsimov Zöhrab Qədiyevi ittiham edir
“Bizim futbol funksionerlərindən hər şey gözlənilir. Onsuz da ədalətsiz qərarlara öyrəncəliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun prezidenti Mais Mənsimov deyib.

Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən “Simurq” - “Xəzər-Lənkəran” görüşündə baş verənlərdən narazılığını bildirən prezident Lənkəran klubunun rəsmi İnternet saytına açıqlamasında baş hakim Zöhrab Qədiyevi ittiham edib. Mənsimov bildirib ki, oyunun hakim-inspektoru Əhmədağa Cabbarovun Qədiyevin idarəçiliyini 7,9 balla qiymətləndirməsi ədalətsizlikdir.

“Axı, Qədiyevə hansı üzlə 7,9 bal vermək olar. Bütün ölkə gördü ki, o doğrudan da nəticəyə təsir etmiş səhv və ya səhvlər buraxıb. Bununla da, Peşəkar Futbol Liqası təhlükəli presedent yaratmış olur. Artıq bütün hakimlər Azərbaycanda hətta ən kobud səhvlərin asan bağışlandığını gördülər” - deyə Mənsimov vurğulayıb.

Qeyd edək ki, noyabrın 29-da keçirilmiş “Simurq” - “Xəzər-Lənkəran” matçı 2:2 hesabı ilə nəticələnib.
0