“Fənərbaxça”nın ikinci transferi
02.12.2008 - 11:59
“Fənərbaxça”nın ikinci transferi
“Fənərbaxça” növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Fransanın “Lans” klubunun müdafiəçisi Nenad Kovaçeviçlə anlaşıb.

Tərəflər arasında imzalanan ilkin müqavilənin müddəti 3,5 ildir. 28 yaşlı futbolçu Serbiya yığmasının da şərəfini qoruyur. “Sarı-lacivərdlilər” bu transfer üçün Fransa klubuna 4 milyon avro ödəyəcək.

Qeyd edək ki, “Fənərbaxça” rəhbərliyi bir müddət öncə Fransanın digər komandası “Soşo”nun formasının geyinən Türkiyə yığmasının hücumçusu Mövlud Ərdinçlə də razılığa gəlib.
0