Foqtsdan yenilik: yığmamızda alman xanımlar!
02.12.2008 - 13:50
Foqtsdan yenilik: yığmamızda alman xanımlar!
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün yetirmələrindən test götürüb. Apasport.az saytının məlumatına görə, səhər Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən məşqin ardından yığma üzvləri Respublika Olimpiya Mərkəzinin manejinə yollanıblar.

Lakin milli komandanın düşərgəsində olan 33 futbolçudan yalnız 15-i fiziki hazırlıqdan verilən testlərə qatılıb. Almaniyalı mütəxəssis əsasən təcrübəli oyunçuların durumunu öyrənib. Nisbətən gənclərdən ibarət ikinci qrup isə testləri ya günün ikinci yarısı, ya da sabah verəcək.

Maraqlıdır ki, Foqts Respublika Olimpiya Mərkəzinin manejində də həmyerlilərinin köməyindən yararlanıb. Belə ki, yığmanın düşərgəsinə ekspertlər, eləcə də 3 alman xanım cəlb olunub. Milli komandamızda ilk dəfə rast gəlinən almaniyalı zərif cins nümayəndələri futbolçularımıza müxtəlif təmrinləri göstərib, Foqtsa yardımçı olmağa çalışıblar.
0