Bombardir “Qalatasaray”a keçir?
02.12.2008 - 14:00
Bombardir “Qalatasaray”a keçir?
“Qalatasaray” dövrələrarası fasilədə heyətini bir hücumçu ilə gücləndirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, bu yaxınlarda müşavir postuna gətirilən Karl-Haynts Feldkamp “Sivasspor” klubunun hücumçusu Mehmet Yıldızı gözaltı edib.

Türkiyə yığmasının da şərəfini qoruyan Yıldızın sivaslılarla müqaviləsinin müddəti cari mövsümün sonunda bitəcək. Bu səbəbdən “Sivasspor” rəhbərliyi futbolçunu satıb, maddi cəhətdən qabağa düşmək istəyir. Mehmet özü də “Qalatasaray”da oynamağın əleyhinə deyil.

Təcrübəli hücumçu 13 turdan sonra 10 qolla Türkiyə Superliqasının ən məhsuldar futbolçusudur. O, “Beşiktaş” və “Trabzonspor” klublarının da maraq dairəsindədir.
0