1/16 finalçıların sayı 18 oldu
05.12.2008 - 10:00
1/16 finalçıların sayı 18 oldu
UEFA kubokunun qrup mərhələsinin IV turunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, növbəti qarşılaşmalardan sonra yarışın 1/16 finalında mübarizə aparacaq 32 kollektivdən 18-i müəyyənləşib.

Belə ki, “Mançester Siti”, “Tvente”, “Qalatasaray”, “Metallist”, “Standard”, “Udineze”, “Milan”, “Braqa”, “Volfsburq”, “Hamburq”, “Ayaks”, “Aston Villa”, “Valensiya”, “Sent Etyen” və MOİK öz qruplarında ilk “üçlük”də qərarlaşdıqlarından növbəti mərhələdə iştirak hüququna yiyələniblər. Daha 3 komanda - “Zenit”, “Şaxtyor” və “Olborq” bu turnirə Çempionlar Liqasının qrup mərhələsindən vəsiqə alıblar.

UEFA kubokunun 1/16 finalında çıxış edəcək qalan 14 klubun adı isə dekabrın 18-dək bilinəcək.


4 dekabr
E qrupu


“Volfsburq” (Almaniya) - “Portsmut” (İngiltərə) - 3:2
“Herenven” (Hollandiya) - “Braqa” (Portuqaliya) - 1:2

“Volfsburq” 9 xal, “Milan” 7, “Braqa” 6, “Portsmut” 1, “Herenven” 0.

F qrupu


“Slaviya” (Çexiya) - “Hamburq” (Almaniya) - 0:2
“Aston Villa” (İngiltərə) - “Jilina” (Slovakiya) - 1:2

“Hamburq” 6, “Aston Villa” 6, “Ayaks” 6, “Jilina” 4, “Slaviya” 1.

G qrupu


“Valensiya” (İspaniya) - “Brügge” (Belçika) - 1:1
“Kopenhagen” (Danimarka) - “Rusenborq” (Norveç) - 1:1

“Sent Etyen” 7, “Valensiya” 5, “Brügge” 3, “Kopenhagen” 2, “Rusenborq” 2.

H qrupu


“Nansi” (Fransa) - MOİK (Moskva, Rusiya) - 3:4
“Lex” (Polşa) - “Deportivo” (İspaniya) - 1:1

MOİK 12, “Nansi” 4, “Deportivo” 4, “Lex” 2, “Feyenord” 0.


3 dekabr
A qrupu


“Tvente” (Hollandiya) - “Şalke” (Almaniya) 2:1
“Mançester Siti” (İngiltərə) - PSJ (Fransa) 0:0

“Mançester Siti” 7, “Tvente” 6, “Şalke-04” 4, “Rasinq” 2, PSJ 2.

B qrupu


“Metalist” (Ukrayna) - “Olimpiakos” (Yunanıstan) 1:0
“Herta” (Almaniya) – “Qalatasaray” (Türkiyə) 0:1

“Qalatasaray” 9, “Metalist” 7, “Olimpiakos” 3, “Herta” 2, “Benfika” 1.

C qrupu


“Sevilya” (İspaniya) - “Partizan” (Serbiya) 3:0
“Standard” (Belçika) - “Sampdoriya” (İtaliya) 3:0

“Standard” 9, “Sevilya” 6, “Sampdoriya” 4, “Ştutqart” 4, “Partizan” 0.

D qrupu


“Spartak” (Rusiya) - NEC (Hollandiya) 1:2
“Udineze” (İtaliya) - “Dinamo” (Xorvatiya) 2:1

“Udineze” 9, “Tottenhem” 6, “Neymegen” 3, “Spartak” 3, “Dinamo” 3.
0