Boksçularımız qələbəyə həsrət qalıblar
04.12.2008 - 14:21
Boksçularımız qələbəyə həsrət qalıblar
Rusiyanın Ufa şəhərində təhlükəsizlik xidməti əməkdaşları arasında beynəlxalq boks turniri start götürüb. Apasport.az saytının məlumatına görə, “Dinamo” İdman Cəmiyyətinin 85 illik yubileyinə həsr olunan yarışa Azərbaycan idmançıları da qatılıblar.

Təəssüf ki, indiyədək rinqə çıxan boksçularımız etimadı doğrultmayıblar. Rauf Ağayevlə (51 kq) Asif Əbilov (69 kq) rusiyalı, Natiq Alışov (69 kq) moldovalı, Fərid Mövsümov (75 kq) isə qazaxıstanlı rəqiblərinə uduzublar.

Turnirə dekabrın 6-da yekun vurulacaq.
0