UEFA kuboku matçında xoşagəlməz hadisə
04.12.2008 - 14:57
UEFA kuboku matçında xoşagəlməz hadisə
UEFA kubokunun qrup mərhələsi çərçivəsində İspaniyada keçirilən “Sevilya” – “Partizan” matçında xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, görüşün əvvəlində qonaq komandanın futbolçusu Almani Moreyra huşunu itirib.

Hadisə matçın 3-cü dəqiqəsində qeydə alınıb. Yaxınlığında heç bir futbolçu olmayan portuqaliyalı legioner bir anda yerə sərilib. Serbiya klubunun həkimləri Moreyranın huşunu itirdiyini dəqiqləşdiriblər və o, dərhal xəstəxanaya çatdırılıb. Futbolçunun son durumu haqda informasiya verilmir.

Qeyd edək ki, bu görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
0