Yığmanın futbolçusu jurnalistdən üzr istədi
04.12.2008 - 19:21
Yığmanın futbolçusu jurnalistdən üzr istədi
Azərbaycan milli komandasının və “Xəzər-Lənkəran”ın üzvü Kamran Ağayevlə “Zerkalo” qəzetinin əməkdaşı Rüstəm Mikayıllı arasında mübahisəyə son qoyulub. Apasport.az saytının məlumatına görə, bu gün əmisi ilə birgə “Zerkalo”nun redaksiyasına gələn 22 yaşlı futbolçu Mikayıllıdan üzr istəyib. Bununla da, tərəflər arasında bir müddətdir davam edən münaqişə başa çatıb.

Qeyd edək ki, Kamran Ağayev qeyri-müəyyən səbəbdən “Zerkalo”nun əməkdaşını təhqir etmişdi. Bundan başqa, gənc qapıçı idman jurnalistlərinin də ünvanına xoşagəlməz sözlər işlətmişdi.
0